`İqtisadiyyatımızda sıfır dərəcədə artım var `– Ermənilər həyəcan təbili çaldı


20:27     22 Dekabr 2016 levon.jpg

Ermənistan iqtisadiyyatında ilin 11 ayı ərzində süqut müşahidə olunub. İqtisadi fəallıq cəmi 0,6% təşkil edib.



Femida.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistan Milli Statistika Xidmətinin yaydığı rəsmi hesabatında bu rəqəmlər olunub. Bu isə bu son illər qeydə alınan ən pis göstəricidir.

Yanvar-fevral aylarında kənd təsərrüfatı məhsullarının qiyməti 6.1 %, tikinti materialları 10.9%, elektrin enerjisi 6.8 % bahalaşıb.

Bu hesabat parlamentə ciddi müzakirəyə səbəb olub. Erməni Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan bildirib ki, bu hal Ermənistanın dövlət borcunun daha 180 milyon dollar artması ilə nəticələnə bilər.

“Biz nə edirik? Bu hökumətin konsepsiyası nədir? İqtisadiyyatımızda sıfır dərəcədə artım var, lakin biz 180 milyon dollar dəyərində kredit götürürük. Gələcəkdə nə edəcəyimiz barədə düşünmürük”, deyə Zurabyan həmkarlarına səslənib.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 2419